Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidana Qarabağ xalçası hədiyyə edib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, xalça Nyu-Yorkda yerləşən “Türk evi”ndə istifadə olunacaq:
“Bu mənalı hədiyyəyə görə Can Azərbaycana təşəkkür edirik” - məlumatda qeyd edilib.
Mənbə: apa.az