"Bu şəhərdə" parodiyalara görə təpki ilə üzləşib? - Coşqun aydınlıq gətirdi

“Bu şəhərdə” prodakşn son günlər iddialı parodiyaları ilə gündəmə gəlir. Onlar karantin dövründə daha çox siyasi aləmə üstünlük verməyi, tanınmış siyasətçiləri təqlid etməyi seçib. Hər zaman yumoristik tamaşalarla sevənlərini güldürən “Bu şəhərdə” kollektivi bu dəfə satiranı işə salıb. Günümüzdə müzakirələrə səbəb olan siyasi xadimlər onların səhnə mövzusuna çevrilib. Onların sırasında Siyavuş Novruzov, Elmar Məmmədyarov kimi siyasətçilərlə yanaşı Əməkdar jurnalist Mirşahin Ağayev də var.

 

Bəs, görəsən, həmin şəxslər tənqidi parodiyalara necə reaksiya verir? Sözügedən səhnələrə görə “Bu şəhərdə” kollektivinə təzyiqlər olurmu?

Suallarımıza cavab tapmaq məqsədilə Əməkdar artist Coşqun Rəhimovla əlaqə saxladıq.

Məsələ ilə bağlı “Sherg.az”a danışan aktyor heç bir təzyiqin olmadığını söyləyib: “Axı biz təhqirə keçmirik, sadəcə parodiya edirik. Hərə öz mövqeyini göstərir”.

 

Coşqun bəy həmçinin səhnələrin normal qarşılandığını da vurğulayıb:

 

“Həqiqi şərhdirsə, normal qarşılanmalıdır”.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

102 il sonra yenə çiyin-çiyinə - VİDEO

SONRAKI XƏBƏR

Fəzail İbrahimli iclas keçirəcək