Yaşar 67 illik klassik avtomobillə - FOTO

Yaşar 67 illik klassik avtomobillə - FOTO

Müğənni Yaşar Yusub yeni fotosessiya etdirib.

Open.az xəbər verir ki, sənətçi bu dəfə klassik avtomobillə obyektiv qarşısına keçib. O, 67 il öncə istehsal edilən “Qaz M20 Pobeda” ilə pozlar verib.

Müğənni yeni fotosessiyası barədə bu fikirləri bildirib: “Uzun müddətir ki, məlum pandemiya səbəbilə bir az durğunluq var. Düşünürəm ki, yavaş-yavaş işlərə start verməyin vaxtıdır. Öncə fotosessiya ilə insanların qarşısına çıxmaq istədim. Sonra isə yeni mahnımı sizə təqdim edəcəm. Çünki bilinmir ki, karantin nə zaman bitəcək. Qeyri-müəyyən tarixi gözləməkdənsə, yeni mahnılar, kliplər ərsəyə gətirmək lazımdır. İnanıram ki, tezliklə hər şey geridə qalacaq”.

Qeyd edək ki, ifaçının şəkillərini fotoqraf Azər Jafar ərsəyə gətirib.

Mənbə: open.az