"MasterChef"ə korona əngəli - Studiyadan kənar çəkilişlərə qadağa qoyuldu

"MasterChef"ə korona əngəli - Studiyadan  kənar çəkilişlərə qadağa qoyuldu

TV8 kanalının ən reytinqli proqramı "MasterChef Türkiye"yə qadağa xəbəri gəlib.

Open.az xəbər verir ki, 3-cü mövsümündə maraqla izlənən proqram həftənin 6 günü yayımlanır.

Həftə ərzində iki gün studiyadan kənar çəkilişləri olan və qonaqlar qəbul edən məşhur proqrama İstanbul Valiliyindən qadağa qərarı qoyulub.

Belə ki, İstanbul Valiliyi sentyabrın 11-də qəbul etdiyi qərara əsasən "Açıq havada konsert, tamaşa, festival və.s. tədbirlərə heç bir halda icazə verilməyəcək" qanun qəbul edilib.

Qanun qüvvəyə minən kimi "MasterChef"in açıq havada olan çəkilişləri qadağan edilib.

Ülviyyə Həsənqızı

Mənbə: open.az