“Nəvə-nəticələri, qızları xahiş etdi ki, oxuyub Canəli müəllimin ürəyini açım...”

“Nəvə-nəticələri, qızları xahiş etdi ki, oxuyub Canəli müəllimin ürəyini açım...”

Xəbər verdiyimiz kimi Əməkdar artist Babək Niftəliyev bir müddətdir ki, səhhətindəki problemlərdən əziyyət çəkən ustadı Canəli Əkbərovu ziyarət edib.

B.Niftəliyev Moderator.az-a açıqlamasında pandemiyaya görə uzun müddət Canəli müəllimlə görüşə bilmədiyini və rayonda olduğunu bildirib:

“Canəli müəllim uzun müddətdir ki, xəstədir. Mənim ustadım olub, Asəf Zeynallı adına Musiqi Texnikumunda mənə dərs deyib. Pandemiyaya görə rayondaydım və Canəli müəllimin oğlu dünyasını dəyişəndə heç başsağlığına da gələ bilməmişdim. Başsağlığı verdim və gördüm ki, ruh düşkünlüyü var, oxudum ki, ürəyi açılsın, bir az ona toxtaqlıq verim. Aşıq Ədalət Dəlidağlını da özümlə aparmışdım. Nəvə-nəticələri, qızları xahiş etdi ki, oxuyub ürəyini açım. Həyatdı da, Allah hamının ölənlərinə rəhmət eləsin”.

Xatırladaq ki, C.Əkbərovun iyul ayında oğlu dünyasını dəyişib. Oğlu xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bir neçə ay əvvəl isə onun qardaşı Rusiyada vəfat etmişdi. C.Əkbərov özü isə uzun müddətdir ayağındakı problemə görə müalicə olunur.

Vasif Əlihüseyn

Mənbə: moderator.az