Qənirə Paşayeva şair-publisist Güləmail Muradı 70 illik yubileyi münasibətilə təbrik edib

Qənirə Paşayeva şair-publisist Güləmail Muradı 70 illik yubileyi münasibətilə təbrik edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, şair-publisist, AYB üzvü, Birliyin Mərkəzi Aparatının əməkdaşı Güləmail Muradı komitədə qəbul edib. Güləmail xanımı 70 illik yubileyi münasibəti ilə təbrik edən komitə sədri, onun, Azərbaycan ədəbi mühitinə özünəxas töhvələr verdiyini deyib.

Qeyd edək ki, Güləmail Muradın şeirləri bir neçə xarici dilə tərcümə edilib, onların bir çoxuna musiqilər bəstələnib. Ədibin özəlliklə vətənpərvərlik mövzusunda kitabları oxucu rəğbəti görüb.

G.Murad pedaqoq kimi də gənc nəslin təlim-tərbiyəsində uzun illər əmək sərf edib. Təsadüfi deyil ki, onun yaradıcılığına nəsihət, doğru yola dəvət və ana nəvazişi hopub.

Güləmail xanımı əlamətdar yubileyi münasibəti ilə bir daha təbrik edir, möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları diləyirik!

Mənbə: moderator.az