Oksana Rəsulova makiyajsız belə göründü - FOTO

Oksana Rəsulova makiyajsız belə göründü - FOTO

Rəqqasə-aktrisa Oksana Rəsulova makiyajsız fotolarını yayımlayıb.

Publika.az xəbər verir ki, sənətçi bunu izləyicilərinin istəyi ilə etdiyini bildirib.

Oksana şəkillərinə "İzləyicilərim hər zaman deyir ki, makiyajdan az istifadə edin. Əslində, mən normal həyatda makiyajdan heç istifadə etmirəm. Məni makiyajda ancaq efirdə və ya jurnal, sosial səhifələrdə görə bilərsiniz. Ümumiyyətlə, rahatlığımı çox sevirəm" sözlərini yazıb.

İzləyicilər isə Oksananı makiyajsız daha çox bəyəndiklərini bildiriblər. Onlar çox makiyaj edəndə rəqqasənin yaşlı göründüyünü yazıblar.

Mənbə: publika.az