Gülbən Ərgəndən Demet Akalınla bağlı suala əsəbiləşdi

Müğənni Gülbən Ərgən sevgilisi ilə birlikdə bir məkandan çıxarkən obyektivlərə tuş gəlib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, sənətçiyə həmkarı Demet Akalının qızına özəl müəllim tutması soruşulub.

Gülbən "Siz uşaqlarınızın məktəbə getməsinə qarşı çıxacaqsınız? Özəl müəllim tutmağı düşünürsünüz" sualına əsəbiləşib.

"Mənim övladlarım böyüdü. Ona görə də belə bir şansım yoxdur. Məktəblər açılanda sevə-sevə onları məktəbə yola salacam. İndi onlayn dərslərə qatılırlar. Məktəblərə inanırıq. Bütün məktəblərin koronavirusdan qorunmaq üçün hər şey etdiyinə inanıram" deyə, Gülbən cavab verib.

Axsam.az

ƏVVƏLKİ XƏBƏR

"Mançester Siti"nin yeni kapitanı bəlli oldu

SONRAKI XƏBƏR

İtaliyada parlament üzvlərinin sayının azaldılması ilə bağlı səsvermə keçirilir