Emin Ağalarov Fatimə adlı qıza həsr etdiyi mahnını paylaşdı

Emin Ağalarov: "Bəlkə də bu mənim üçün çox gözlənilməz bir mahnıdır. Ancaq həmişə olduğu kimi - çox ürəyimcədir və hər şey sənin sayəndədir, Maks".

Azərbaycanın xalq artisti Emin Ağalarov "Fatimə" adlı yeni mahnısının təqdimatını keçirib. Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni mahnını bütün Fatimə adlı qızlara həsr edib.

Ağalarov yeni kompozisiyanı özünün YouTube kanalında paylaşıb. Mahnıya sözləri və musiqini tanınmış rusiyalı ifaçı və bəstəkar Maksim Fadeyev yazıb.

"Bəlkə də bu mənim üçün çox gözlənilməz bir mahnıdır. Ancaq həmişə olduğu kimi - çox ürəyimcədir və hər şey sənin sayəndədir, Maks", - deyə Ağalarov yazıb.

Bu yeni lirik mahnı müğənninin pərəstişkarlarının da xoşuna gəlib. Eyni zamanda, onların bir çoxuna Fadeyevin qeyri-adi şərq adı olan Fatimədən istifadə edərək mahnı yazması qəribə gəlib.

Maksim Fadeyev Azərbaycanın xalq artistinin bir çox hitlərinin, o cümlədən "Azərbaycan", "Gəl bir-birimizi tapaq", Bağışla mənim məhəbbətim", "Birinci Qar" hitlərinin, Ani Lorakla "Vidalaşmaq", "Deyə bilmərəm" kimi məşhur duetlərinin, həmçinin onun "MMM"adlı son hitinin müəllifidir.

Ağalarov "World Music Awards", "Azərbaycandan Ən Yaxşı İfaçı", "Qızıl Qrammofon", "MUZ-TV Mükafatı" və s. kimi beynəlxalq mükafatların laureatıdır. O, dünyanın müxtəlif ölkələrində konsertlərlə çıxış edir. Müğənninin musiqi xəzinəsində doqquz ingilis dilli albom, "Warner Music" və "Sony ATV Music Publishing" aparıcı musiqi şirkətləri ilə müqavilələr var.

 

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Karantin də qiymətlərə təsir etmədi, üstəlik artım gözlənilir

SONRAKI XƏBƏR

16 illik evlilik 15 dəqiqədə bitdi