Acun bir gündə 7,5 milyon ianə topladı

Acun bir gündə 7,5 milyon ianə topladı

Türkiyənin TV 8 kanalının rəhbəri Acun Ilıcalı heç bir uşaq təhsildən kənarda qalmasın deyə kampaniya başladıb.

Yenisabah.az xəbər verir ki, məşhur aparıcı canlı yayımda distant təhsil tətbiq edildiyi dönəmdə şagirdlərin hamısını texniki avadanlıqlarla təmin etmək üçün ianə toplanıldığını açıqlayıb.

Nəticədə Acun Ilıcalı kampaniya çərçivəsində bir gün ərzində 7,5 milyon lirə ianə toplayıb. Daha sonra isə özü üç qızının adından şagirdlərə notbuk alınması üçün 500 min lirə yardım göstərib.

Mənbə: yenisabah.az