"Anama desəm ki, Dilarəyə qulaq as, məni süpürgə ilə qovar" - Aydınxan Əbilov - VİDEO

"Anama desəm ki, Dilarəyə qulaq as, məni süpürgə ilə qovar" - Aydınxan Əbilov - VİDEO

Yazıçı-kulturoloq Aydınxan Əbilov müğənni Dilarə Kazımovanın stilindən danışıb.

BiG.AZ xəbər verir ki, bu barədə o, ARB TV-nin “Xəbər Ətər” verilişinin qonağı olarkən bəhs edib.

Kulturoloq dəyişən yeniliklərdən danışarkən bu sözləri qeyd edib:

“Hər dəfə yeni nəsil gələndə yenilik etməlidirlər ki, seçilsinlər. Məslən Dilarə Kazımova fərqli bir stil gətirdi. Anama desəm ki, Dilarəni dinlə, məni süpürgə ilə qovar. Amma fakt odur ki, oğlum Dilarə xanımı dinləyir. Azərbaycanda intellektual və əqli mülkiyyətə qiyməti biraz artırmaq lazımdır”.
 

 

Mənbə: big.az