Nura Suri mediaya SƏSLƏNDİ: "Atam sağdır!”

Nura Suri mediaya SƏSLƏNDİ: "Atam sağdır!”

Tanınmış müğənni Nura Suri bir neçə gündür həyatı haqqında verdiyi açıqlamalarla gündəmə gəlir. Onun qonaq olduğu verlişlərdə atası, ailəsi haqqında danışması izləyicilərin marağına səbəb olur. Lakin sənətçinin dedikləri yenə yanlış yerə çəklilərək,düzgün göstərilmir.

Nura xanımın özü də mövcud durumdan narazı olduğunu dilə gətirib.

“Sherg.az” xəbər verir ki, o bu barədə Feysbuk səhifəsində yazaraq etirazını bildirib:

“Yenə səhifələr, saytlar ağıllarına gələni yazıblar. Bunlarla necə mübarizə aparaq ? Nə edək? Dünən Elgizin verlişində, ondan əvvəl Pərvizə müsahibəmdə demişəm ki, atamın evləndiyi qadın dünyasını dəyişib . Bunlar yazıb ki, atasının dəfninə getməyib. Atam sağdır!”

Mənbə: sherg.az