Mətanət İsgəndərli çətin günlərindən danışdı: “Qorxumdan oğlumu evə qoymurdum, ürəyim partlayırdı, deyirdim ki, necə dözəcəm?”

Mətanət İsgəndərli çətin günlərindən danışdı: “Qorxumdan oğlumu evə qoymurdum, ürəyim partlayırdı, deyirdim ki, necə dözəcəm?”

Əməkdar artist Mətanət İsgəndərli karantin rejimində yaşadığı çətinliklərdən danışıb. Hal-hazırda İstanbulda olan müğənni Moderator.az-a maraqlı açıqlama verib:

“7 aya yaxındır ki, heç bir toyda oxumuram, çünki karantin rejiminə görə Azərbaycanda toylar ləğv olunub. Hal-hazırda İstanbulda həmyerlimizin restoranında həftədə bir dəfə səhnə alıram. Bizim də qazancımız yalnız toylardandır. Həqiqətən də acınacaqlı vəziyyətdir. Bir Allah bilir ki, karantin günlərimi necə keçirdim. Yaxşı ki, qızım Ülkər yanımda idi, yoxsa onsuz necə dözərdim bilmirəm. Atam da mənimlə qalır. Oğlum Kərim 4-cü mərtəbədə yaşayır, mən 5-də. Elə gün olurdu ki, Kərimi evə qoymurdum, qorxurdum da. Təzə- təzə ürəyim partlayırdı, deyirdim ki, buna necə dözəcəm? İndi şükür Allaha vəziyyət nisbətən dəyişib. Allah təki bundan sonra bizi çətin imtahanlara çəkməsin”

 

 

Mənbə: moderator.az