İbrahim Tatlısesin qızı: "Atamdan nifrət etdiyim zamanlar oldu"

İbrahim Tatlısesin qızı: "Atamdan nifrət etdiyim zamanlar oldu"

İbrahim Tatlısesin qızı Dilan Çıtak Tatlıses ötən gün Merve Şahin və Melis Özkan'ın aparıcılıq etdiyi "Sorgu Sual" proqramına qonaq olub.

Open.az xəbər verir ki, proqramda atası və ailəsi haqqında müxtəlif sualları cavablandıran Dilan Çıtak Tatlısesin, İdo Tatlıses və atası İbrahim Tatlıseslə ciddi problemlərinin olduğu da məlum olub.

Proqramda sevgilisi ilə bağlı suallara kövrək cavablar verən Dilan Çıtak Tatlıses: "İbrahim Tatlısesdən nifrət etdiyiniz bir an oldumu?" sualına " Bəli, oldu. Ayrı seçkilik etdiyi zaman ondan nifrət etmişdim. Bir də vəfalı və ya vəfasız övlad söhbətində ondan nifrət etmişdim" deyib.

 

Mənbə: open.az