Binnur Kayanın MÖHTƏŞƏM LAYİHƏSİ - Dünyada İLK DƏFƏ...

Binnur Kayanın MÖHTƏŞƏM LAYİHƏSİ - Dünyada İLK DƏFƏ...

Reytinqlərdə birinci olan "Kırmızı Oda" serialının baş rolunu canlandıran aktrisa Binnur Kaya ilə bağlı yeni xəbər var.

BiG.AZ türk mediasına istinadən xəbər verir ki, süni intellekt ilə hazırlanan "Art" serialının bir çox detalları bəlli olub.

Dünyada bir ilk olmaq üstünlüyünə malik olan serialının dizaynını London Musiqi və Dramatik İncəsənət Akademiyasının məzunu Burak Arslan öhdəsinə götürüb. Serialın ən diqqət çəkən özəlliyi isə izləyicilərin öz xarakterlərini yarada bilməsi və hekayələrini yaza bilməsi olub.

Layihənin ilk xarakterlərini Ərzincandan başlayaraq bütün vilayətlərdəki kənd uşaqları yaradacaqlar. 2021-ci il mayın 19-da yayımlanması planlaşdırılan serialda sevilən aktrisa Binnur Kaya, həmçinin Serenay Aktaş, Zeynəb Alkan və Aslı Omağın da rol alacağı bildirilib.

Fidan Bayramova

 

Mənbə: big.az