Əfsanəvi fransız müğənni Culyetta Qreko vəfat edib

Əfsanəvi fransız müğənni Culyetta Qreko vəfat edib

Bakı, 24 sentyabr, AZƏRTAC

Tanınmış fransız müğənni və aktrisası Culyetta Qreko ömrünün 93 yaşında Fransanın kiçik Ramatuel şəhərində vəfat edib.

AZƏRTAC abc.es saytına istinadla xəbər verir ki, Jak Brel, Boris Vian və Serc Qainsborq kimi ifaçıların repertuarlarından bəhrələnən Culyetta Qreko müharibədən sonra Fansanın Saint-Germain-des-Pres məhəlləsinin ən son əfsanəsi sayılırdı.

Culyetta Qreko 1927-ci il fevralın 7-də Monpelyedə, “mürəkkəb” bir ailədə anadan olub. Korsikadan olan atası polis komissarı idi. Anası isə möcüzəvi şəkildə “Ravensbruk” həbs düşərgəsindən xilas olmuşdu.

İkinci Dünya müharibəsi bitdikdən sonra ABŞ-dakı irqçilərdən yaxa qurtarmağa çalışan zənci caz ifaçıları Parisin mərkəzi küçələrinə axışan zaman Culyetta Qrekonun valideynləri də buraya köçmüşdülər.

Culyetta Qreko karyerasına “Saint-Germain-des-Prés” teatrlarında aktrisa kimi başlasa da özünü bu sahədə görmürdü. O, musiqi klubların gecə həyatına, orada ifa olunan “bebop”a üstünlük verirdi.

Mənbə: azertag.az