Sürücü işləyən 41 yaşlı Tolqa ABŞ-da ev aldı - FOTO

“Yaprak Dökümü” serialındakı Oğuz rolu ilə şöhrət qazanan türk aktyor Tolqa Karel ABŞ-ın Florida ştatında ev alıb.

Publika.az xəbər verir ki, 2016-cı ildə sürpriz şəkildə aktyorluq karyerasına son qoyaraq ABŞ-a gedən və yük maşını sürücüsü işləyən Karel yeni evinin fotolarını isntaqramında paylaşıb.

O paylaşımına bu sözləri yazıb: “Yeni evimiz... Xeyirli olsun. Gözəl xatirələrimiz olacaq övladlarımla. Bu qədər zəhmət, alın təri boş deyilmiş. Rəbbimə şükürlər olsun verdiyi hər nəfəs üçün”.

O, aylıq 8 min dollar pul qazandığını izləyicilərindən gizlətməyib.

41 yaşlı T.Karel hazırda Sara Skott adllı amerikalı qadınla evlidir və cütlüyün Mia və Kənan adlı 2 övladı var.

Xatırladaq ki, Karelin birinci evliliyi azərbaycanlı model Günay Musayeva ilə olub və onların Cahangir adlı bir oğlu var.

 

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Şamaxıdakı rus qəbiristanlığında aparılan abadlıq işləri malakanlar tərəfindən razılıqla qarşılanıb

SONRAKI XƏBƏR

BDU Fransa universiteti ilə ikili diplom verəcək