“Gecə-gündüz əlim göydədi, Allaha yalvarıram ki, müharibə olmasın...”

Xəbər verdiyimiz kimi bir müddət öncə rayona gedərkən karantin postundan geri qaytarılan Əməkdar artist Elnarə Abdullayevadan xəbər var.

Muğam ifaçısı Moderator.az-a açıqlamasında yollar açılan kimi dərhal rayona yola düşdüyünü bildirib:

“Yollar açılan kimi rayona getdim, uşaqlarım orda qalmışdı onları da götürüb sonra geri qayıtdım. Şükür bu günümüzə görək necə olur. Bu da bir sınaqdır. Toylar da yoxdur, oturmuşuq evdə. Deyirlər toyları da qaydalara uyğun etmək lazımdır, amma vallah qaydalardan da xəbərsizəm. Məncə, bir dəfə nümunə üçün toy edib yoxlamaq lazımdır ki, görək qaydalara uyğun toy alınır, yoxsa yox. (Gülür) Bu gün o qədər adam var ki, toyunu etmək istəyir, amma pandemiyaya görə qalıb. Yəqin ki, düzələr, xeyir Allahdandı. Allah bu xəta-bəlanı Azərbaycanın üstündən götürsün”.

Muğam ifaçısı övladlarımızın salamat olması üçün gecə-gündüz Allaha yalvardığını bildirib:

“Təki müharibə olmasın. Gecə-gündüz əlim göydədir. Allaha yalvarıram ki, balalarımıza, cavanlarımıza dəyməsin. Allah heç bir ananı gözüyaşlı qoymasın. Torpaqlar da işğaldan azad edilməldir, amma arzu edirəm ki, Allah çox ziyanlıq etməsin”.

Vasif Əlihüseyn

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Arteta Özilin “Arsenal”da yarım ildən çox oynamamasının səbəbini açıqladı

SONRAKI XƏBƏR

“İrəvan məhkəməsi Paşinyana qarşı cinayət işi qaldıracaq...”