Ədalətdən Manafın QALMAQALLI sözlərinə REAKSİYA...

Ədalətdən Manafın QALMAQALLI sözlərinə REAKSİYA...

Ötən günlərdə müğənni Manaf Ağayev verilişlərin birində həmkarının geyiminə “kişi gül qoymaz” deyərək münasibət bildirib.



Bu fikir tamaşaçılar tərəfindən birmənalı qarşılanmadı. Hətta izləyiciləri arasında müğənniyə sərt reaksiya verənlər də oldu.

Manafın fikirlərinə şou-biznes nümayəndələrindən ilk münasibət dostu Ədalət Şükürovdan gəldi.
BiG.AZ-a ekskluziv açıqlama verən müğənni bu fikirləri səsləndirdi.

“Mən heç vaxt heç kimə “sən niyə belə geyinmisən?” deməmişəm.Çünki qarşımdakı adam mənə sual verə bilər ki, “bəs sən nə geyinmisən ki ? ”

Sizə də, məsləhət görürəm ki, heç kimə geyimi ilə bağlı heç nə deməyin. Hər kəsin öz zövqü var. Gündən-günə dəb dəyişir.

Ümumiyyətlə hər məkanın öz geyim tərzi var”.

AYTƏN

Mənbə: big.az