"Fəridə" 19-cu “Dhaka İnternational Film Festival” Beynəlxalq Kino Festivalının konkurs proqramına seçilib

"Narimanfilm" kinostudiyasının istehsalı olan "Fəridə" tammetrajlı bədii filmi 19-cu "Dhaka İnternational Film Festival" Beynəlxalq Kino Festivalının konkurs proqramına seçilmişdir.

Milli.Az bildirir ki, 19-cu "Dhaka İnternational Film Festival" 2021-ci il yanvarın 19-dan 24-dək Dəkkə şəhərində keçiriləcək. Festivalın əsas ideyası "Daha yaxşı kino, daha yaxşı auditoriya və daha yaxşı ictimaiyyət" - dir. Festivalın məqsədi Banqladeş kino mədəniyyətinin və ,həmçinin, dünya kino sənətinin irəliləyişini təmin etməkdir.

19-cu "Dhaka İnternational Film Festival" zamanı 60 ölkədən 200-ə yaxın filmin nümayişi planlaşdırılır. Festivalda "Retrospektiva", "Dünya kinosu", "Asiya kinosu", Uşaq filmi", "Qadın-rejissorlar", " "Qisametrajlı və müstəqil filmlər" kimi konkurs kateqoriyaları var. "Fəridə" filmi Festivalın "Asiya kinosu" konkurs proqramına daxil edilmişdir.

"Narimanfilm" kinostudiyası "Fəridə" tammetrajlı bədii filmini Sankt-Peterburq Yeni Kino Məktəbi ilə birlikdə istehsal etmişdir. Filmin sürəkliliyi 70 dəqiqədir. Ssenari müəllifi və rejissoru Kseniya Laqutina, operatoru Dmitriy Naqovskiy, səs rejissoru Aleksandr Demyanov, prodüseri Nəriman Məmmədovdur. Baş qəhrəman rolunu gənc aktrisa Məryəm İbrahimova ifa edir. Digər rollarda Abdukərim Nasirov, Dilya Ulaşeva və başqaları çəkilmişlər.

Film Azərbaycanın Xınalıq kəndindən Sankt-Peterburqa gələn Fəridədən bəhs edir. Gənc qız öz həyat yoldaşı Muradın axtarışındadır. O, Muradın harada olduğu haqqında tam xəbərsizdir. Böyük şəhər Fəridəni bir çox insanlarla qarşı-qarşıya qoyur və onun bütün həyatını alt-üst edir.

Film dram janrında çəkilmişdir. Bütün çəkilişlər Sankt-Peterburq şəhərində aparılmışdır.

Treyler - https://www.youtube.com/watch?v=yf7MArhek9M&t=2s (ссылка на

Milli.Az

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Təhsil Nazirliyi Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

SONRAKI XƏBƏR

Azərbaycanda nazirlikdən ehiyat kadr hazırlığı ilə bağlı VACİB ADDIM