5 həyat yoldaşı, 24 uşağı var: “Çoxarvadlılıq olduqca rahatdır” - Fotolar

5 həyat yoldaşı, 24 uşağı var: “Çoxarvadlılıq olduqca rahatdır” - Fotolar

5 həyat yoldaşı və 24 uşağı olan Bredi Uilyamın həyat hekayəsi əsasında ekranlaşdırılan sənədli film izlənmə rekordu qırır.

Yenisabah.az xəbər verir ki, ABŞ-da yaşayan Bredinin gündəlik həyatı "Beş arvadım" adlı ikihissəli sənədli film ilə ictimaiyyətə təqdim olunub. Film qısa müddətdə böyük marağa səbəb olub və ölkədə gündəm mövzusuna çevrilib.

Məsələ ilə bağlı açıqlama verən Bredi Uilyam çoxarvadlılığın rahat bir şey olduğunu vurğulayıb:

"5 arvadım və 24 uşağım var. Çox əyləncəli həyatdır. Çoxarvadlılıq olduqca rahatdır və işləri də asanlaşdırır".

Bredi Uilyam ev xərclərinin onun üçün problem olmadığını da diqqətə çatdırıb:

"İzdiham içində yaşamaq çox gözəldir. Maddi yox, mənəvi zənginliyə sahib olmaq əvəzsiz hisdir. Aylıq xərcim 21 min dollar civarındadır".

Qeyd edək ki, 51 yaşlı Bredi Uilyam Utah ştatındakı "Salt Lake City"də ailəsi ilə birlikdə yaşayır. O, keçmiş yepiskopdur.

Mənbə: yenisabah.az