“Bu cür yaşamaq əyləncəlidir, aylıq xərcim 21 min dollardı...” -Beş arvadı olan adam...

“Bu cür yaşamaq əyləncəlidir, aylıq xərcim 21 min dollardı...” -Beş arvadı olan adam...

ABŞ-da yaşayan Brady Uilyam adlı adamın qeyri-adi ailə tablosu medianın marağına səbəb olub.

Moderator.az xəbər verir ki, B.Uilyamın həyatı haqqında “Beş arvadım” adlı sənədli film çəkilib. Bu filmlə isə o məşhurlaşıb.

B.Uilyam ailəsiylə bağlı bunları deyib:

“Beş arvadım və 24 uşağım var. Bu cür yaşamaq çox əyləncəlidir. Çoxarvadlılıq olduqca rahatdır. Gündəlik işim olduqca asanlaşır. Birinci həyat yoldaşımla rəsmi, digərləri ilə isə dini nigahım var.

Uilyamın aylıq xərci adamı təəccübləndirsə də, o, bundan qormadığını bildirib:

“Aylıq xərcim 21 min dollardır. Bu mənim üçün elə də yük deyil, əsas odur ki, mənəvi cəhətdən zəngin olasan”.

Çoxarvadlılığın faydasını izah etmək üçün isə Uilyam haqqında veriliş çəkilməsinə razılıq verib və kamera qarşısına keçib. “Mənim beş arvadım” adlı filmi isə dünyada izlənmə rekordu qırıb.

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az