Antalyada parka Abayın adi verildi - Xatirə lövhəsi qoyuldu

Sentyabrın 23-də Antalyada böyük qazax şairi Abay Kunanbayein adına parkın və onun şərəfinə xatirə lövhəsinin təntənəli açılışı olub. Xəbəri Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Parkın açılışında Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekulı iştirak edib. O, bu il Qazaxıstan prezidenti Kasım-Comərd Tokaevin dərc olunmuş məqaləsindən bu sözləri sitat gətirib: «Təsdiqləmək olar ki, barəsində danışdığımız intellektual millət ideyasının formalaşmasının əsası Abay tərəfindən qoyulub».

Antalyadakı Muratpaşa rayonunun meri Ümit Uysal qeyd edib ki, parka Abayın adının verilməsi qazax və türk xalqlarının mənəvi və mədəni yaxınlığını nümayiş etdirir.

Abay Qazaxıstanda ən hörmətli şairdir. O, Puşkinin ruslar və ya Şekspirin britaniyalılar üçün olduğu qədər əhəmiyyət kəsb edir.

Praktiki olaraq, Qazaxıstanın hər bir yaşayış məntəqəsndə Abay küçəsi var. Moskvada Abayın abidəsi Çistoprud bulvarında, Qazaxıstan səfirliyinin yaxınlağında ucalır.

AzPolitika.info

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Türkiyə klubu "Lester"dən futbolçu aldı

SONRAKI XƏBƏR

Nazarovun komandasından heç-heçə