Acun Ilıcalı 99 milyona təyyarə aldı

Acun Ilıcalı 99 milyona təyyarə aldı

Məşhur televiziya mütəxəssisi və TV8-in rəhbəri Acun Ilıcalı 16 sərnişin tutumu olan yeni təyyarə alıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Ilıcalının təyyarəsinin qiyməti isə 13 milyon dollar, yəni 99,5 milyon TL-dir.

O, sözügedən təyyarə ilə Dominikan Respublikası ilə Türkiyə arasında birbaşa reyslər həyata keçirə biləcək.

Qeyd edək ki, məşhur aparıcı öz kanalında yayımlanan "Survivor" proqramının çəkilişləri üçün tez-tez şəxsi təyyarəsi ilə Dominikan Respublikasına gedib-gəlir.

Mənbə: open.az