Məşhurdan ŞOK SÖZLƏR: “Bacım məni fahişəliyə məcbur etdi”

Məşhurdan ŞOK SÖZLƏR: “Bacım məni fahişəliyə məcbur etdi”

Müğənni Meray Keri bacısının onu 12 yaşında fahişəliyə məcbur etdiyini deyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “The Oprah Conversation” verilişində qonaq olan müğənni bacısı ilə illərdir küsülü olmasının səbəblərindən söz açıb. O, verilişdə yaxında satışa çıxacaq “The Meaning of Mariah Carey” kitabından bəzi hissələri oxuyub. Kerinin oxuduğu fəsillər arasında böyük bacısı Allisonun pul qarşılığında onu cinsi əlaqəyə girməyə məcbur etməsi barədə yazılan sətirlər olub.

Məlum olub ki, Keri 12 yaşındaykən böyük bacısı Allison ona narkotik verməyə çalışıb. Dünya şöhrətli ifaçının etirafı gündəmə bomba kimi düşüb.

Xatırladaq ki, 9 il əvvəl Meray Keri böyük bacısının fahişəlik etdiyini elan etmişdi. Ellison Keri başqa çarəsi olmadığını bildirmişdi. Bu ilin əvvəlində isə mətbuata verdiyi müsahibədə anasının çox gənc ikən ona təcavüz etdiyini iddia etmişdi.

 

Mənbə: publika.az