Afaq Bəşirqızı: "Əhdim var, Cıdır düzündə ayaqyalın gəzəcəyəm"

Afaq Bəşirqızı: "Əhdim var, Cıdır düzündə ayaqyalın gəzəcəyəm"

"Ordumuzdan, yerli əhalidən narahatlığım var. Çünki mən də anayam. Hətta düşünməyə də qorxuram. Allah ordumuzu, vətəndaşlarımızı qorusun. Onlardakı əzm, onlardakı qeyrət bizim üçün böyük şərəfdir".

Bu sözləri Cebhe.info-ya açıqlamasında Xalq artisti‚ “Şöhrət” ordenli teatr və kino aktrisası Afaq Bəşirqızı cəbhədəki son hadisələrlə bağlı danışarkən deyib.

Aktrisa işğalda olan torpaqlarımızın bəzi hissələrinin işğaldan azad olunduğu üçün sevindiyini və qələbəyə inandığını bildirib:

"Mən həm də çox sevinirəm. Bu sevinci Kəlbəcərdə, Laçında, Şuşada görəcəyəm. Bu, mənim ən böyük arzumdur. Hər bir azərbaycanlının bu arzuya çatmasını istəyirəm. Artıq 30 ildir ki, hansısa dığa yanında gözükölgəli gəzirdik. Amma o dığalar tək olsaydı, bizim nə dərdimiz var idi ki? Onların havadarları qorxulu düşmənlərdirlər. Amma bu gün Azərbaycan öz sözünü deyə, özünü təsdiqləyə bilir. Azərbaycan kökü olmayan dığalara məğlub olmayacaq. Qələbəmizi gözləyirəm. Düşünürəm ki, qələbə çalacağıq".

A.Bəşirqızı arzularını da dilə gətirib. Xanım aktrisa tez bir zamanda Şuşada, Cıdır düzündə ayaqyalın gəzmək istəyini söyləyib:

"Torpaqlarımız işğal olunanda Fərman Kərimzadə, Aqil İsgəndərov, Sərraf Məmmədov, Süleyman Ələsgərov, Akif Adıgözəlovla birgə bir-birimizə söz verdik ki, Şuşa alınsın, Cıdız düzünə ayaqyalın gedəcəyik. O arzu ilə ürəyimdən tikan çıxartmaq istəyirəm. Cıdır düzünə qalxmaq üçün Allahdan özümə möhlət istəyirəm, orada ayaqyalın gəzəyəcəyəm. Bir də Şuşa qalasında Azərbaycan bayrağı görmək istəyirəm. Ən böyük arzularımdandır. Məscidi müsəlmanlar özünə ən yaxın yer bilirlər. Həmin o yerlərdə barbarlar, dığalar donuz saxlayır. Həmin məscidlərin ziyarətinə getmək istəyirəm.

Orada demək istəyirəm ki, Allahım, sən bizə qüvvət ver. Çünki müharibə qurtarsa da, erməni bizdən əl çəkən deyil. Yəqin ki, məndən sonra gələn nəsillər də hələ onlarla vuruşacaq. Düzdür, mən onlara inanmıram, yenə də ehtiyatı əldən verməməliyik. Bir daha özünü Azərbaycan xalqının himayədarı, oğlu, prezidenti kimi təsdiq edən İlham Əliyevə gözaydınlığı verirəm. Bundan sonra da o əzmkarlığını, möhkəmliyini davam etdirəcək. Xalqa arxalansın. Xalqın qarşısında heç bir dövlət dayan bilməz".

Naibə
Cebhe.info

Mənbə: cebhe.info