Məşhur türkiyəli sənətçidən Azərbaycana dəstək: “İnşallah ki, ermənilər tezliklə Qarabağdan çıxarlar”

Məşhur türkiyəli sənətçidən Azərbaycana dəstək: “İnşallah ki, ermənilər tezliklə Qarabağdan çıxarlar”

Son günlər cəbhədə baş verən hadisələrə nəinki yerli sənətçilər, qardaş Türkiyənin sənətkarları da münasibət bildirib.

Moderator.az-a açıqlama verən məşhur aktrisa Mine Soley zəfər günümüzü təbrik edib:

“Bütün günü istər ölkəmizdəki, istərsə də sizin telekanallar vasitəsi ilə xəbərləri izləyirəm. Hər şeydən xəbərim var. Çox sevindim ki, bir sıra torpaqlarınızı azad etmisiniz. Siz bizim qardaş ölkəmizsiniz, sonsuza qədər sizin yanınızdayıq. İnşallah ki, tezliklər ermənilər Qarabağdan çıxarlar. Mən buna inanıram, çünki sizin güclü ordunuz var” deyə aktrisa bildirib.

Mənbə: moderator.az