Xalq artisti: “Hər dəqiqə bir müjdə gözləyirik, buna da inanırıq”

Xalq artisti: “Hər dəqiqə bir müjdə gözləyirik, buna da inanırıq”

“Çox sevinirik, çox da kövrəlirik. Şəhidlərimiz də var, təbii ki, budur bizi kövrəldən, amma vətən, torpağ uğrunda şəhid də olmalıdır, onlar şəhidlik zirvəsinə ucalıblar”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova bildirib.

Sənətçi cəbhədən gələn xəbərləri sevinclə qarşıladığını bildirib:

“Sevinirik ki, qələbə bizimlədir, qələbəyə doğru addımlayırıq. Bu günü çoxdandır ki, gözləyirik, 30 ilə yaxındır ki, torpaqlarımız düşmən tapdağı altındadır. Çox şükür ki, arzularımız reallaşır. Bu gün biz tək deyilik, türk ordusu, Türkiyənin prezidenti də bizimlədir. Bizə dəstək olanların hər birinə təşəkkür edirik. İnsanlarımız cənab prezidentin ətrafında sıx birləşib, bu insanı sevindirməyə bilmir. Hər dəqiqə bir müjdə gözləyirik, buna da inanırıq. O gün olacaq ki, Şuşamızı, Kəlbəcərimizi azad edəcəyik, o zaman sevincimizi yenə sizlərlə bölüşəcəyik” deyə xalq artisti bildirib.

Mənbə: moderator.az