Əməkdar artist də orduya çağırıldı: döyüşlərdə iştirak edir - FOTO

Əməkdar artist də orduya çağırıldı: döyüşlərdə iştirak edir - FOTO

Tanınmış xanəndə, Əməkdar artist İlkin Əhmədov da cəbhəyə yollanıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə "Ölkə.Az"-a Əhmədov özü məlumat verib. Xanəndə əməkdaşımızla söhbət zamanı bildirib ki, hazırda Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edir:

"Dünən mənə xanəndə kimi ehtiyac var idi, amma bu gün əsgərəm. Cənab Prezidentin məlum çağırışından sonra cəbhəyə yazılmışdım və hazırda əsgər kimi Ağdam bölgəsində xidmət edirəm".

Qeyd edək ki, əməkdar artist Prezident İlham Əliyevin çağırışından sonra döyüşmək üçün orduya yazılmışdı.

Mənbə: azsabah.com