Ukraynanın Xalq artisti Azərbaycana belə dəstək oldu

Ukraynanın Xalq artisti Azərbaycana belə dəstək oldu

Ukraynanın xalq artisti, M.Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Qurban Abbasov cəbhədə gedən döyüşlərlə bağlı Azərbaycana dəstək olub.

BAKU.WS-in məlumatına görə, xalq artisti bununla bağlı fikirlərini sosial şəbəkə hesabında paylaşıb. O, Ermənistanın bu aqresiyasını pisləyib:

“Müharibədə Vətənimin ətinin necə qopmasını görmək məni incidir. Uzun illərdir işğala məruz qalan Dağlıq Qarabağ torpaqları yenidən Azərbaycana qayıtmalıdır.

Azərbaycanın, vətənimin ərazi bütövlüyünü, bölünməzliyini dəstəkləyirəm və işğalçıların təcavüzkar aqresiyasını pisləyirəm”.

BAKU.WS

Mənbə: baku.ws