Tağıyevin nəticəsi də Azərbaycana dəstək oldu

Tağıyevin nəticəsi də Azərbaycana dəstək oldu

Xeyriyyəçi Zeynalabdin Tağıyevin nəticəsi, Fransada yaşayan Alban Kloud Ermənistanın təxribatına qarşı etirazını ifadə edib.

“Qafqazinfo” xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək təmas xəttində döyüşlərin getdiyini bildirib:

“Dünəndən başlayaraq Azərbaycanla Ermənistanın Qarabağdakı təmas xəttində güclü döyüşlər gedir. Vəziyyətin ciddiliyini və mənim Azərbaycanla bağımı nəzərə alaraq yazdığım bu mətni və illüstrasiyalaşdırdığım xəritəni fransız dostlarımla paylaşmağa haqqım çatır.

Mən müharibənin əleyhinəyəm, lakin çoxtərəfli diplomatiya son otuz ildə bu saxta, dondurulmuş münaqişənin həllinə dair başqa bir alternativ təklif edə bilməyib.

Bu yazım, xüsusi ilə şərhçilər tərəfindən gözardı edilən Qarabağ məsələsinə Azərbaycanın mövqeyini və bu münaqişədə Fransanın rolunu anlamağa imkan verəcək.

İstənilən müzakirəyə hazıram, mənə [email protected] ünvanından yaza bilərsiniz”.

Mənbə: qafqazinfo.az