Azərbaycanlı xanım Vətənini belə dəstəklədi

Azərbaycanlı xanım Vətənini belə dəstəklədi

Tanınmış azərbaycanlı iş qadını, bloger və modelyer Diana Ahadpur təmas xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna dəstəyini ifadə edib.

Kult.az xəbər verir ki, bu barədə məşhur modelyer öz İnstaqram hesabında paylaşım edib.

D.Ahadpur Nəriman Həsənzadənin “Azərbaycan” şerini paylaşaraq dəstək mesajı göndərib:

“Od ürəkli, od nəfəsli diyarımsan

Ocağına canım qurban, Azərbaycan!

Əzilsən də, əyilməyən vüqarımsan

Bu çağına canım qurban, Azərbaycan!

Savaşlardan alnıaçıq çıxan zaman

Tarixlərə bağışladın neçə qurban.

Hər qonşuda bir parçası əsir qalan

Torpağına canım qurban, Azərbaycan!

Neçə gizli sərvət yatır qucağında,

Neçə ölkə od aparır ocağından.

Azadlığın al rəmzi var bayrağında

Bayrağına canım qurban, Azərbaycan!

Hər uğurun gələcəyə bir yol açır,

Hər dost elə xoş niyyətin işıq saçır.

Hər millətə, hər məzhəbə isti, açıq

Qucağına canım qurban, Azərbaycan!

Başım üstdə məğrur-məğrur dalğalanan

Bayrağına canım qurban, Azərbaycan!

Ruhuma büt, cismim üçün vətən olan

Torpağına canım qurban, Azərbaycan!”

Mənbə: axar.az