“Ailəmizin 4 üzvü müharibəyə yollanıb”

“Ailəmizin 4 üzvü müharibəyə yollanıb”

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva ailə üzvlərinin müharibəyə yollandığını bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında məlumat verən bloger 4 ailə üzvünün cəbhəyə yollandığını qeyd edib:

“Ailəmizin 4 üzvü müharibəyə yollanıb. Daha 3 üzvü də bu günlərdə yola düşəcək. Allah hər birimizə səbr versin. Bu günlərdə hamımız böyük bir ailəyik. Dərdimiz də, sevincimiz də birdir. Qələbə sevincini gözləyirik. Əsgərlərimizlə qürur duyuruq”.

Qeyd edək ki, Azərbaycan Ordusunun əks-hücumları nəticəsində kəndlərimiz bir-birinin ardınca erməni işğalından azad olunur.

Mənbə: yenilik.az