Deniz Çakırdan Kardaşyana "dəstək" - FOTO

"Yaprak dökümü" serialındakı Ferhunde obrazı ilə tanınan aktrisa Deniz Çakır Kim Kardaşyanı tənqid edən türk aparıcını qınayıb.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Deniz Çakır "Show TV" kanalının aparıcısı Ece Üneri qalmaqallı çıxışına görə sərt tənqid edib.

D.Çakır verilişdə Kardaşyan barəsində "Kim Kardaşyanın kameraya göstərməyə öyrəşdiyi böyük bir mənbəsi var. Görəsən, bunu uyduranda da həmin mənbədən yararlanıb?" sözlərini işlədən aparıcı Ece Üneri tərbiyəsizlikdə günahlandırıb.

Digər türkiyəli məşhurlardan fərqli olaraq Qarabağ məsələsində Azərbaycana dəstəyini bildirməyən Deniz Çakırın Ece Üneri qınaması birmənalı qarşılanmayıb.

Qeyd edək ki, erməni pornoulduz Kim Kardaşyan iki gün əvvəl milyonluq Instagram səhifəsinin "story" bölməsində paylaşım edərək həmvətənləri üçün dua istəyib, Azərbaycanı işğalçılıqda günahlandırıb, Türkiyəni bu məsələlərə qarışmaqda ittiham edib.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Könüllülər ön xəttə yola düşdü: “İlhamla İrəli!” - Foto

SONRAKI XƏBƏR

Çavuşoğludan Makrona sərt cavab: "Bu günədək Ermənistanı dəstəkləməkdən başqa nə etdiniz?