“27 ildir ki, şəhid atamın məzarını ziyarət edə bilmirəm...” - Əməkdar artist kövrəldi...

“27 ildir ki, şəhid atamın məzarını ziyarət edə bilmirəm...” - Əməkdar artist kövrəldi...

Xəbər verdiyimiz kimi Azərbaycan Ordusunun uğurlu əməliyyatından sonra bütün xalq sevinclidir. Ordumuza dəstək olan insanlar sırasında sənət adamları da var.

Əməkdar artist Təyyar Bayramov Moderator.az-a açıqlamasında doğulduğu Ağdam rayonunun da tezliklə ordumuz tərəfindən işğaldan azad ediləcəyinə inandığını bildirib:

“Bütün xalq kimi biz də sevincliyik. İyirmi ildən sonra torpaqlarımızı işğaldan azad etmək üçün məqam yaranıb. Mən müharibə təzə başlayanda Ağdama getmişdim. İnşallah sabah yenə Xalq artistimiz Mənsum İbrahimovla birlikdə Ağdama yola düşəcəyik. Efirlərdə çıxışlarımız olur, vətənpərvərlik mövzularına müraciət edirik. Bu dəfə gedib cəbhə bölgəsinə yaxın kəndlərdə yaşayan insanlarımızla görüşəcəyik. Evlərinə mərmi düşsə də o insanlar evlərini tərk etmirlər. Biz də ordumuza dəstək olmaq üçün yola düşəcəyik. Canımızdan keçib torpaqlarımız işğaldan azad etməliyik. Ermənilərin vaxtilə atdığı mərmilərdən biri də Ağdamda bizim evimizə düşdü və atam şəhid oldu. Bu gün 27 ildir ki, şəhid atamın məzarını ziyarət edə bilmirəm və inanıram ki, ordumuz məni atamın məzarına qovuşduracaq. Arzu edirəm ki, gələn dəfə sizə açıqlamanı Şuşada verim”.

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az