Məktəblinin 1180 dollarlıq çantası müzakirə mövzusuna çevrildi

Məktəblinin 1180 dollarlıq çantası müzakirə mövzusuna çevrildi

Qızının məktəbə gedişini soail şəbəkədə paylaşan dünyaca məşhur şou ulduzu Kayli Cennerin ona aldığı 1180 dollarlıq çanta müzakirə mövzusuna çevrilib.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, qurduğu kosmetika markası ilə böyük sərvət qazanan və qısa müddətdə milyarderə çevrilən Cenner qızına aldığı “Louis Vuitton” markalı çanta, qulağındakı brilliant sırğalar birmənalı qarşılanmayıb.

Qeyd edək ki, zadəganlıqları ilə məşhur olan Cenner ailəsi 10 ildir populyar mədəniyyətin işıqları altındadırlar və Kayli 10 yaşından bəri televiziyalara dəvət olunur. O, Kurtni Kardaşyan, Kim Kardaşyan, Kloe Kardaşyan və Rob Kardaşyanın ögey, Kendall Cennerin doğma bacısıdır.

Mənbə: yenisabah.az