"Mən də əsgərlərə gücüm çatan yardımı etdim" - Nadir Qafarzadə

"Mən də əsgərlərə gücüm çatan yardımı etdim" -  Nadir Qafarzadə

Müğənni Nadir Qafarzadə cəbhədə torpaqlarımızın düşməndən azad edilməsi uğrunda döyüşən əsgərlərə yardım edib.

Sənətçi Axşam.az-a açıqlamasında bildirib ki, o, əsgərlərə ərzaq və tibbi ləvazimatlar aparıb:

"Milyonlar, minlər vermək lazım deyil. Hamının gücü nəyə çatır onu edir. Mən də siqaret, bint və başqa lazım olan vasitələr gətirmişəm. Balaca da olsa, gücüm çatanı etmək istədim".

 

Mənbə: axsam.az