Türkiyənin daha bir ulduzu Gəncə ilə bağlı paylaşım etdi

Türkiyənin daha bir ulduzu Gəncə ilə bağlı paylaşım etdi

"İllərlə hayqırdınız "erməni soyqırımı" deyə-deyə. Biz də dedik ki, bizim uşaqla, qadınla, yaşlıyla, qətliamla, soyqırımla işimiz olmaz!"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 17 oktyabr — Sputnik. Türkiyənin məşhur müğənnisi Alişan ermənilərin törətdiyi Gəncə terroru ilə bağlı özünün "Instagram" səhifəsində paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni CNN-in hazırladığı repotajı #karabagazerbaycanındır həştəqi ilə paylaşaraq bu sözləri yazıb: "İllərlə hayqırdınız "erməni soyqırımı" deyə-deyə. Biz də dedik ki, bizim uşaqla, qadınla, yaşlıyla, qətliamla, soyqırımla işimiz olmaz! Biz düşmənimizlə igidcəsinə savaş meydanında çarpışırıq. 2020-ci ildə Ermənistan yenə müharibə cinayəti edir, sivil, günahsız insanların üzərinə bombalar yağdırır, qadınları, uşaqları öldürür. Dünya sadəcə kiçik qınamalarla keçir, hətta onu etməyənlər də var. Qısacası, Ermənistan özünə yaraşanı etməyə davam edir, dünya da seyr etməkdə davam edir. Ona görə də biz biz olmalıyıq, ona görə də böyük olmalıyıq. İnşallah, zəfər Azərbaycan Ordusunun olacaq! #karabağazerbaycanındır".

Mənbə: sputnik.az