“Füzuliyə dizlərim üstə gedəcəm” (VİDEO)

“Füzuliyə dizlərim üstə gedəcəm” (VİDEO)

Bu, onun sevinc göz yaşlarıdır. 30 ilə yaxın bir müddətdə torpaq həsrəti çəkən Füzuli sakini 77 yaşlı Cavad Zeynalov artıq məcburi köçkün deyil. İllərdir bu günü gözləyirdi. Şad xəbəri elə səhər saatlarında dövlət başçısının öz dilindən eşidib. Deyir ki, xəbəri eşidəndə sevincimdən uşaq kimi ağladım və şükr etdim ki, Allah məni bu yaşda doğma yurd-yuvama qovuşdurdu.

Müsahibimiz deyir ki, Ali baş komandanın siyasəti, güclü Azərbaycan ordusunun qəhrəmanlığı nəticəsində azad olunan doğma yurduma gedəcəyim günü sayıram. 30 ildir vətən həsrəti ilə yaşayan 77 yaşlı Cavad Zeynalovun ilk istəyi Qarabağ torpağının havasını ciyərlərinə çəkməkdir. Sonra isə digər arzularını gerçəkləşdirməklə ürəyindəki niskilə son qoyacaq .

Cavad Zeynalov vətən həsrəti ilə bağlı o qədər şerlər yazıb ki…. Bizə təqdim etdiyi şerlərdə bu niskili duymamaq mümkün deyildi. Qonağı olduğum Zeynalovlar ailəsinin bir gözü ağlayır bir gözü gülürdü. Evin xanımı əslən Gəncədən olan 70 yaşlı Raidə Zeynalova deyir ki, gecə saatlarından ermənilərin Gəncədə törətdiyi hadisə, səhər açılanda da Füzulinin işğaldan azad edilməsi mənə qarışıq hisslər yaşatdı.

Beləliklə, füzulilər illərdir xəyalını qurduğu anların sevincini yaşayırlar. 30 il Ermənistan Ordusunun işğalında olan Füzulinin adı bu gündən işğal olunmuş rayonlar siyahısından çıxarıldı .

 

Mənbə: www.realtv.az