Sərdar Ortac Paşinyanı ruhi xəstə adlandırdı - Sərt sözlər

Sərdar Ortac Paşinyanı ruhi xəstə adlandırdı   - Sərt sözlər

Türkiyəli müğənni Sərdar Ortac Ermənistan rəhbərliyinə sərt mesajlar ünvanlayıb.

Etilerdə sevgilisi Seçil Gür ilə alış-veriş edərkən görüntülənən Sərdar Ortac jurnalistlərin suallarını cavablandırarkən Azərbaycan-Ermənistan sərhədindəki münaqişələrdəndə danışıb:

"Əsgəriniz varsa, əsgərlərlə döyüşün, mülki şəxslərə nəyə görə raketlər atırsınız? Mənim erməni xalqına sözüm yoxdur, ancaq başında duran adam ruhi xəstədir”, - deyə müğənni bildirib.

"Lazım gələrsə, Azərbaycan üçün əsgər gedərsinizmi?” sualına isə reksiyası bu cür olub:

"Əgər mənə tapşırılıq gələrsə, əlbəttə bunu edəcəm. Amma Azərbaycan əsgəri öz vətəndaşını və torpaqlarını qəhrəmanlıqla müdafiə edir" - deyə Sərdar Ortac cavab verib.

Sfera.az

 

Mənbə: xezerxeber.az