Türkiyəli müğənni konsert gəlirlərini Gəncədə zərər görənlərə bağışlayacaq

Türkiyəli müğənni konsert gəlirlərini Gəncədə zərər görənlərə bağışlayacaq

Sosial media vasitəsilə məşhurlaşan türkiyəli müğənni Ayhan Ulu (Pau) bir neçə konsertinin gəlirini Gəncə qətliamından zərər görən şəxslərə bağışlayacaq.

Milli.Az bildirir ki, bu barədə ifaçı "mediapost"a açıqlamasında bildirib:

"Gələn həftə konsertlərimdən gələn gəliri Gəncə xalqına bağışlayacağam. Həmişə yanınızdayam. Azərbaycana hər zaman dəstək verəcəyəm".

Qeyd edək ki, İzmirin məşhur ifaçılarından olan Pau sosial mediada da Gəncəylə bağlı paylaşımları ilə diqqət çəkib. O, erməniləri müdafiə edən eks-model Tuğba Özayla da dava edib.

Milli.Az

Mənbə: news.milli.az