“Anam-atam vətən həsrətindən dünyasını dəyişdi” -Zəngilanlı əməkdar artist

Cənab prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev rəşadətli ordumuz tərəfindən Zəngilanın işğaldan azad edilməsi xəbərini açıqladı. Bu xəbərə sevinənlər sırasında Zəngilandan olan əməkdar artist Almaz Orucova da var.

“Cənab ali baş komandan az öncə Zəngilanın işğaldan azad edilməsi xəbərini bizə müjdə verdi. İnanın sevindiyimdən elə ağladım ki.. Bu sevinci yaşayan tək mən deyiləm, bütün Azərbaycan, ələxsus Zəngilanlılar sevinir. Mən Zəngilanın özündənəm. 1986-cı ildə Zəngilandan çıxmışam. Atam-anam vətən həsrətindən dünyasını dəyişdi.. Vətən həsrəti elə belə şey deyil” deyə əməkdar artist bildirib.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

“Allah daim xalqımızın başını uca eləsin!..” -  Zəngilanın 1993-cü ildəki icra başçısı

SONRAKI XƏBƏR

Sükut rejimi: Debatlarda Tramp və Baydenin mikrofonları söndürüləcək