"Qarabağ Kuboku 2020" adlı Beynəlxalq İncəsənət Yarışması keçiriləcək

21 oktyabr - 17 noyabr 2020-ci il Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə "Qarabağ Kuboku 2020" adlı Beynəlxalq İncəsənət Yarışması keçiriləcək.

Yarışma artıq 6 ildi Ağcabədi və Bərdə rayonunda keçirilir. Bu il Ağdam rayonunda keçirilməsi planlaşdırılısa da həm pandemiya, həm da müharibə ilə əlaqədar olaraq online şəkildə baş tutacaq.

Azərbaycan Gənclər İttifaqının İdarə Heyətinin üzvü və Azərbaycan Rəqs Assosiasiyasının Prezidenti Əziz Əzizov: "İlk öncə onu qeyd etmək istəyirəm ki, Vətənin dar günündə mənəvi dəstəyimizi əsirgəmir, birlik nümayiş etdirir, gecə-gündüz cəbhədə düşmənlə üz-üzə vuruşan əsgərlərimiz üçün dua edirik. Çox yaxın günlərdə zəfər xəbərlərini alacağımıza , üçrəngli şanlı Azərbaycan bayrağının Qarabağ səmasında qürurla dalğalanacağına inanırıq! Vətən uğrunda vuruşaraq, canından keçən bütün şəhidlərimizin xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq.

"Qarabağ kuboku" yarışması artıq hər kəsə məlumdur ki, illərdi keçirilir. Hər il yarışmaya bütün bölgələrdən, paytaxt Bakıdan, eləcə də qonşu ölkələrdən Gürcüstan, Türkiyə, İran və başqa yerlərdən iştirakçılar qatılır. Bu il yarışmaya qatılan hər kəs daha da həvəslə qatılacaq. Səbəb isə bu gün ordumuz ön cəbhədə Qarabağ uğrunda mübarizə edərkən, yeni nəsil gənclərimiz də Qarabağ kuboku uğrunda yarışacaq. Yarışmanın keçirilməsində məqsədlərdən biri də uşaqdan böyüyə hər kəsdə Vətən sevgisini daha da möhkəmləndirmək, onları daha da ruhlandırmaqdı. Qarabağ bizim həm bu günümüz, həm sabahımız, həm kədərimiz, həm də sevincimizdir. Bir sözlə Qarabağ bizim hər şeyimizdir. Biz bu sevgini gələcək nəsilə, uşaqdan böyüyə hər kəsə çatdırmağı özümüzə borc bilirik. Bu, bizim şərəfli işimiz, vətəndaşlıq borcumuzdur. İnanırıq ki, gələn il "Qarabağ" kubokunu hər hansı regionda yox, Qarabağda keçirəcəyik! Yarışmaya qatılan bütün iştirakçılara uğurlar diləyirəm. Belə layihələrdə bizlərə hər zaman dəstək olan münsiflər heyətinə və istedadlı gənclər yetişdirən müəllimlərə komandamız adından təşəkkür edirik."

Status - Qiyabi sənət yarışması

Janr və nominasiyalar:

Müsabiqədə 4 yaşdan solistlər və duetlər iştirak edə bilərlər:

Musiqi janrları:

• simli alətlər:

1. Skripka

2. Alt

3. Violin

4. Qanun

5. Tar

6. Saz

7. Digər simli alətlər

• Nəfəsli alətlər:

1. Truba

2. Saksafon,

3. Fleyta,

4. Klarnet

5. Digər nəfəsli alətlər;

• Klaviatura alətləri:

1. Fortepiano

2. Qarmon

3. Digər klaviatura alətləri

İştirakçılar ümumi performans vaxtı 4 dəqiqəyə qədər olan 1 əsəri təqdim edirlər. "Böyüklər" yaş kateqoriyasında - 8 dəqiqəyə qədər.

Qiymətləndirmə meyarları - repertuarın mürəkkəblik dərəcəsi, səs dinamikasının ustalığı, texniki azadlıq, sənətkarlıq və səhnə mədəniyyətinin dərəcəsi.

• VOKAL - üç növə bölünür:

• Klassik vokal

• Xalq vokalı

• Estrada vokalı

• Rəqs - Xalq, müasir, bal rəqsin stilizasiyası, klassik rəqs.

• Xalq rəqsi:

1. Azərbaycan xalq rəqsi - Etnik

2. Azərbaycan xalq rəqsinin stilizasiyası

3. Dünya xalqlarının rəqsləri

4. Şərq rəqsi (oriental)

5. Hind xalq rəqsi (folk)

• Müasir rəqs:

1. Modern

2. Show Dance

3. Hip-hop

4. Break dans

5. Hindistanın müasir rəqsi (bollywood)

6. Koreyanın müasir rəqsi (K-pop)

• Bal rəqsinin stilizasiyası:

1. Vals

2. Tanqo

3. Argentina tanqosu

4. Salsa

5. Cha cha

6. Samba

7. Rumba

8. Jive

9. Rocknrol və törəmələr (boogie woogie, swing və s.)

10. Bal rəqsinin digər üslubları.

• Klassik rəqs - balet

• TEATR - tamaşadan çıxarış 8 dəqiqəyə qədər. Qiymətləndirmə meyarları - repertuarın seçilməsi; rejissor qərarı, ifaçılıq bacarığı;

• BƏDİİ QIRAƏT - 4 dəqiqəyə qədər 1 performans. Qiymətləndirmə meyarları - repertuarın seçilməsi; rejissor qərarı, ifaçılıq bacarığı;

• MODELYER - Dizayner

Yaradıcı və səhnə geyimlərinin eskizlərinin qiymətləndirilməsi

• TƏSVİRİ SƏNƏT

Mövzu: "həkimlər bizim qəhrəmanlarımızdır!" Yaş kateqoriyası musiqi proqramında olduğu kimidir.

1. Şəkil

2. Rəsm

MÜSABİQƏNİN ŞƏRTLƏRİ:

* Nominasiyalar - Solistlər, duetlər, hər yaş kateqoriyasında hər nominasiyada ayrıca qiymətləndirilir.

Yaş kateqoriyaları:

- 3-6-körpə

- 7-8 - uşaqlar 1,

- 9-10 yaş - uşaqlar 2,

- 11-12 yaş - 1 yaş yunior 1,

- 13-15 yaş - yunior 2,

- 16 yaş və yuxarı - böyüklər.

Müsabiqədə iştirak edən bütün müsabiqə video material YouTube kanalında yerləşdirilir: https://www.youtube.com/playlist?list=PLi5Fd-n3_ODar2IYRRxhqNIk9tGE2d26T

Təsviri sənət və modelyer - dizayner müsabiqələrinin materialları Facebook sosial şəbəkəsində https://www.facebook.com/AGI.org.az/ ünvanda yerləşdiriləcək.

MÜNSİFLƏR HEYƏTİ:

Münsiflər heyəti yüksək ixtisaslı mütəxəssislərdən, Azərbaycanın əməkdar mədəniyyət və incəsənət xadimlərindən ibarətdir. Müsabiqənin təşkilat komitəsi münsiflər heyəti ilə əlaqəli deyil! Münsiflər heyəti mükafat verməmək, ayrı-ayrı yerləri öz istəyi ilə dublikat vermək hüququna malikdir! Münsiflər heyətinin qərarı qəti və müzakirə edilə bilməz!

MÜKAFATLANDIRMA:

Qran Prinin qalibi hər janrda müəyyənləşir. İştirakçılara hər yaş kateqoriyasında hər nominasiyada I, II, III dərəcəli DİPLOMANT, və I, II, III dərəcəli LAUREAT adları verilir. Münsiflər heyəti Qran Pri və ya digər titulları verməmək hüququna malikdir və onları təkrarlamaq da hüququ var.

Qeydiyyat üçün əlaqə:

+99412 4971236

+99450 2502293

+99450 2502296

[email protected]

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Döyüşdə qələbə olmadan diplomatiyada uğur olmur

SONRAKI XƏBƏR

Gürcü ekspert: “Gürcüstan və Azərbaycan strateji tərəfdaşlıq əlaqələri ortaq tarixə söykənir”