15 ildir komada olan şahzadə barmağını tərpətdi - VİDEO

15 ildir komada olan şahzadə barmağını tərpətdi - VİDEO

Səudiyyə Ərəbistanı kral ailəsinin üzvlərindən olan və 15 il əvvəl komaya düşən şahzadə Xalid bin Talal ilk dəfə barmağını tərpədib.

Moderator.az xəbər verir ki, sosial mediada paylaşılan videoda bir qadının şahzadəyə yaxınlaşaraq salam verdiyi görülüb. Şahzadə isə buna qarşılıq olaraq barmaqlarını oynadaraq qadına salam verib.

Qadının şahzadəyə ''Əllərini daha yüksəyə qaldır" deməsindən sonra barmaqlarını tərpədən şahzadə, nəhayət əlini qaldırıb.

Təxminən 200 min istifadəçi tərəfindən izlənilən video kral ailəsi üzvləri tərəfindən paylaşılıb.

Qeyd edək ki, Xalid bin Talal 2005-ci ildə keçirdiyi avtomobil qəzasından sonra beynində yaranan zədə səbəbi ilə komaya düşmüşdü.

 

 

Mənbə: moderator.az