Xasiyət Rüstəmin “Leyli ağaclar” kitabı Azərbaycan dilində nəşr edildi

Xasiyət Rüstəmin “Leyli ağaclar” kitabı Azərbaycan dilində nəşr edildi

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə müasir Özbək ədəbiyyatının tanınmış nümayəndəsi, Özbəkistanın populyar "Kitab dünyası" qəzetinin baş redaktoru, şairə Xasiyyət Rüstəmin "Leyli ağaclar" adlı kitabı Azərbaycan dilində nəfis tərtibatla işıq üzü görüb.

Əsəri özbəkcədən uyğunlaşdıranlar Afaq Şıxlı, Eluca Atalı və Şermurad Sübhandır. Nəşrdə Xasiyyət Rüstəmin həm şeirləri, həm də müxtəlif illərdə yazdığı gündəliyi öz əksini tapıb.

Nəşrə Millət vəkili Qənirə Paşayeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi, şairə Afaq Şıxlı ön söz yazmışlar. Əsərinin redaktou və proloq müəllifi Əkbər Qoşalıdır.

Qeyd edək ki, müasir Özbək poeziyasının nümayəndəsi Xasiyyət Rüstəmin əsərləri dünyanın çoxsaylı xalqlarının dillərinə tərcümə olunmuşdur. Şairin "Leyli ağaclar" adlı ki­ta­bı­na onun müx­tə­lif il­lər­də yaz­dı­ğı şe­ir­lər­dən və "Gün­də­liy"in­dən seç­mə­lər da­xil edi­lib.

Ön sözdə qeyd olunur ki, öz şa­ir­li­yi, zi­ya­lı­lı­ğı, nə­cib­li­yi ilə ta­nı­nan şai­rə Xa­siy­yət Rüs­təm ədəbi yara­dı­cı­lı­ğı ilə yal­nız Öz­bə­kis­tan­da deyil, bü­tün türk dün­ya­sın­da ta­nı­nır və onun nəşr olu­nan "Ley­li ağaclar" ad­lı ki­tabı Azər­bay­can Mə­də­niy­yət Mər­kə­zi­nin Öz­bək ədə­biy­ya­tı­na da­ir hə­ya­ta ke­çir­di­yi ikin­ci la­yi­hə­dir. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov nəşrin Azərbaycanda Öz­bək ədəbiyyatı ilə maraqlananlar, təd­qi­qat­çı­lar üçün ma­raq­lı, fay­da­lı ol­maq­la ya­na­şı, ədə­bi əla­qə­lə­ri­mi­zə bir töh­fə ola­cağına əminliyini ifadə edib.

Nəşr olunan kitaba şairin "Həyat", "Dünya", "Anam", "Sevincə", "Bir fevral səhəri" və s. şeirləri daxil edilib. Kitabda şairin müxtəlif dövrlərdə qələmə aldğı "Gündəliy"indən də seçmələr verilmişdir.

 

Nəşrdə Xa­siy­yət Rüs­tə­min ədəbiyyat sevgisi, onun poeziyaya baxışına nəzər salınır və müəllifdən sitat verilir: Məni ədə­biy­yat­sız­lıq­la sı­na­ğa çək­mə de­yən şai­rə ulu ya­ra­da­na dua edir ki, "Mə­nim də da­yan­dı­ğım bir aləm, bir dün­ya var, bu ədə­biy­yat­dır! Əgər o ol­maz­sa, mənin ta­raz­lı­ğım itər! Ey­ni gün, ey­ni an­da torpa­ğa gö­mü­lə­rəm! Tan­rım, mə­ni ədə­biy­yat­sız bu­rax­ma, ədə­biy­yat­sız­lıq­la im­ta­ha­na çək­mə! Yal­va­rı­ram, yox­sa, hə­yat mə­ni tərk edər, özü­mə də sa­hib ola bil­mə­rəm..."

Qeyd edək ki, Xasiyət Rustəm Azərbaycan sevdalısı və ölkəmizin yaxın dostudur. O, daim Azərbaycanın haqq işinə dəstək göstərir, Ermənistanın Azərbaycana təcavüzü və işğalçılıq siyasətinə qarşı çıxır, bu mövzuda ilk əsərini də qələmə almışdır.

X.Rustamin rəhbərlik etdiyi "Ki­tab Dün­ya­sı" qəzeti yal­nız Öz­bə­kis­ta­nın de­yil, türk dün­ya­sı­nın ədə­biy­yat-sə­nət oca­ğı­na çe­vir­miş, qəzetin hər sayında Azər­bay­can ədə­­biy­ya­tı­na xüsusi yer ayrılır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə "Leyli ağaclar" adlı kitabın gələcəkdə Bakıda və Daşkənddə təqdimat mərasimləri keçiriləcəkdir.

Mənbə: olaylar.az