"Qarabağımızı azad edib, ad günlərimizi ürəkdən qeyd edərik"

"Qarabağımızı azad edib, ad günlərimizi ürəkdən qeyd edərik"

Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Sənubər İsgəndərlinin doğum günüdür.

Primetime.az xəbər verir ki, sənətçinin 60 yaşı tamam olur. Aktrisa sosial şəbəkədə paylaşım edərək ad gününü Azərbaycan ordusunun qələbəsindən sonra qeyd edəcəyini bildirib:

"Ad günümü təbrik edən və təbrik etmək istəyən dostlar, hər birinizə minnətdaram. Var olasınız. Amma indi hamımızın fikri cəbhədədir. Məlum, şəhidlərimiz var, müharibə gedir. İnşallah, Qarabağımızı azad edib, qələbə çaldıqdan sonra, ad günlərimizi ürəkdən qeyd edərik. Qarabağ Azərbaycandır!".

 

Mənbə: primetime.az