“Türkiyədədir, özü gələr və konsert məsələsinə aydınlıq gətirər...” - Müğənninin köməkçisi

“Türkiyədədir, özü gələr və konsert məsələsinə aydınlıq gətirər...”  - Müğənninin köməkçisi

Xəbər verdiyimiz kimi sosial şəbəkədə Əməkdar artisti Mətanət İsgəndərlinin Türkiyədəki restoranların birində iki günlük solo-konsert proqramı ilə çıxış etməsiylə bağlı məlumatlar yayılıb. Müğənni buna görə hətta sərt tənqid edilib. Çoxları torpaqlarımızın azadlığı uğrunda ölüm-dirim savaşı verdiyimiz dönəmdə onun konsert proqramı ilə çıxış etməsini kəmfürsətlilik kimi qiymətləndirib.

Moderator.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün müğənni Mətanət İsgəndərliylə əlaqə saxlayıb. Telefona müğənninin özü yox, köməkçisi cavab verib və onun Türkiyədə olduğunu təsdiqləyib:

“Mətanət xanım indi Türkiyədədir. Özü gələr və konsert məsələsinə aydınlıq gətirər. Mən bu haqda heç nə deyə bilmərəm” - deyərək xanım köməkçi dəstəyi yerə qoyub.

 

 

 

Mənbə: moderator.az