Qüdsdə Məsihin çarmıxa çəkildiyi mismarlar tapıldı - “Jerusalem Post”

Qüdsdə Məsihin çarmıxa çəkildiyi mismarlar tapıldı - “Jerusalem Post”

Qüds alimləri gözlənilməz bir açıqlama ilə çıxış edib.

Qaynarinfo xəbər verir ki, İsa Məsihi çarmıxa çəkərkən istifadə olunmuş mismarların tapıldığını bildiriblər. Sözügedən tapıntı hələ 1990-cı ildə Yəhudeyanın baş keşişi Kayafanın dəfn olunduğu mağarada əldə edilib.

İllər keçdikcə avadanlıqlar təkmilləşib və indi tədqiqatçı Arye Şimron mismarlarda mikroskopik sümük qalıqları tapıb. Yüksək bir ehtimalla kimsə bu mismarlarla çarmıxa qadaqlanıb.

Bu barədə "Jerusalem Post” yazıb. Ancaq çarmıxa çəkilənin məhz Məsih olması dəlili yalnız mismarların tapıldığı yerdir.

 

Mənbə: qlobal.az