Şəhid yox, Şahid əsgərlərimiz

Şəhidlik elə bir zirvədir ki, oradan Vətən görünür, neçə sevgiləri, neçə toyları, neçə sevincləri yarımçıq qoyur müharibələr. Ancaq müharibələrin sonunda qələbə olanda, insanları o qədər yandırmır. Çünki bilirlər ki, o qanlar, o canlar hədər yerə qurban getməyiblər. Deyirlər ki, torpaq su ilə qarışanda palçıq, şəhid qanı ilə qarışanda isə Vətən olur. Bu xalq hər zaman qəhrəman olub. Onun igidləri Vətən yolunda canını sipər edib. Qanları ilə yoğurublar Vətən torpağını. Bu gün də Vətən oğulları heç nəyi düşünmədən atılırlar döyüşlərə qələbə xəbəri ilə sevindirirlər illərdir həsrətdə olan xalqımızı. Vətən sevgisdi onları oraya tərəddüd etmədən getmələrinə öz qanları ilə torpağı sulamasına səbəb. Onlar öz qanları ilə sulayırlar ki, Vətən torpağını qeyrət, qəhrəmanlıq, hünər, təəssübkeşlik bitsin, göyərsin...

Bu gün igid oğullarımız şəhid olmur, işğal olunan torpaqlarımızın azad olunmasında Şahidlik edirlər. Azad olunan torpaqlarımızda üçrəngli azərbaycan Bayraqlarımızn qaldırılmasında Şahid olurlar. Çünki əsgərlərimiz üçün cəbhə bir ananının oğullarının, bir bacının qardaşlarının bir olduqları döyüş meydanıdır. Şəhid olan əsgərlərimiz, yurdsevər ərənlərimiz, bir an düşünmədən canını Vətən, torpaq yolunda fəda edən cəngavərlərimiz hər kəsə nəsib olmayan Tanrının, haqqın dərgahındasınız!.. Düşməndən qisas almağa can atan, qeyrətli, təəssübkeş, Vətənin ən layiqli oğullarısınız!. Vətən üçün ölməyə dəyər! – deyən əsgərlərimiz düşmən qarşısında diz çökməyən, diz çökdürən ərənlərimizsiniz. Qeyrətli igidlər, Vətənin dar günündə düşmən qarşısına, önə çıxdınız, sinənizi sipər edib ömrünüzü bu millətin ömrünə caladınız. Doğulduğunuz torpaqdan yüzlərlə kilometr uzaqda «Öncə Vətəndir», – deyib canından keçən igid oğullarımız bu gün bütün evərin eyvanları yollar üçrəngli bayrağımızla bəzənib. O bayraq ki, sizin kimi oğulların sayəsində ucalır, dalğalanır. O bayraq ki, sizin şücaətinizin sayəsində Qarabağa, Şüşaya, Laçına yol alır. Və özünüzdə də uğruna canınızı qurban verdiyiniz üçrəngli bayrağa bükülüb qəhrəman kimi qayıdırsınız elinizə, evimizə yurdumuza uğrunda can verdiyiniz Vətən torpağına. Bax budur Şəhidlik, bax, budur qeyrət və hünər!

Çünki siz Azərbaycanın rəşadətli, igid əsgərlərisiniz! Vətən bu əsgərlərimizdən başlayır! Çünki bizim əsgərlərimiz düşmən əsgərlərindən fərqlənir.

Ali Baş Komandanımız İlham Əliyev cənabları dediyi kimi: «Bizim əsgərlərimiz xilaskar əsgərlərdir, erməni əsgərləri işğalçı əsgərlərdir».

Bəli, bizim əsgərlərimiz xilaskar əsgərlərdir, silah, tkexnika düşməndə də var, ancaq o texnikanı itifadə edən o qol deyil, düşmən qoludur. Çünki Azərbaycan əsgərinin məsləki qürurdur, zəfərdir, Vətən torpağına üç rəngli Azərbaycan Bayrağının sancmaqdır! Gün gələcək, Vətən torpağının hər qarışı düşməndən azad olacaq, igidliyiniz daim yaşayacaq! Qisasınız alınır, alınacaq. Və tez bir zamanda qələbə soraqlı üçrəngli ay-ulduzlu bayrağımız sizin məzarınız başında qürurla dalğalanacaq, torpağını öz qanları ilə yoğuran, Vətən edən, Vətən uğrunda ölümü ilə əbədiləşən ŞƏHİDLƏRİMİZ!

RƏFİQƏ

Sia.az

ƏVVƏLKİ XƏBƏR

YAP Goranboy rayon təşkilatı Gənclər Birliyi maarifləndirmə işləri aparır FOTO

SONRAKI XƏBƏR

“Biz sizi düşməndən qoruyaq, siz də maska taxmaqla hər birimizi!” - Video