Bakıda meyxanaçıdan müğənniyə qarşı dəhşətli əməl — Şok təfərrüat

Bakıda meyxanaçıdan müğənniyə qarşı dəhşətli əməl     — Şok təfərrüat

Bakıda kafedə dava salmaqda və bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Kürdəmir rayon sakini, 1990-cı il təvəllüdlü Bəhram Qoçubəyovun cinayət işi məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bəhram Qoçubəyov Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan yolunda yerləşən daş bazarının yaxınlığındakı əvvəllər “Məkan” adlanmış, hazırda isə “EGŞ dostlar” adlı kafedə müğənni kimi fəaliyyət göstərən Camil Kərimova səhnədən durmağı tələb edib, özünün oturacağını deyib.


Camil Kərimov buna etiraz etdiyi üçün Bəhram Qoçubəyov heç bir əsaslı səbəb olmadan masanın üzərində olan mikrofonu onun sifət nahiyəsinə iki dəfə vurub.


Nəticədə Camil Kərimovun sağlamlığının pozulmasına səbəb olan xəsarətlər yetirib.


İstintaq orqanı tərəfindən Bəhram Qoçubəyovun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ü mumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhram Qoçubəyov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.


Bəhram Qoçubəyov qeyd edib ki, təxminən 15 ildir toy və şənliklərdə meyxana deyib, ailəsini dolandırır: “Hadisə baş verən günü saat təxminən 22-23 radələrində Səbail rayonu Salyan yolunda yerləşən köhnə adı "Məkan” adlanan kafeyə gəldim. Kafedə oturub pivə içdim. Kafedə işləyən şəxslər, eləcə də ora mütəmadi gəlib-gedən müştərilər bilirdi ki, meyxana deyirəm. Həmin müştərilərdən tanımadığı bir nəfər mənə meyxana sifariş verdi ki, “Azərbaycan əsgəri” adlı meyxananı oxuyub. Ayağa qalxıb səhnəyə tərəf yaxınlaşdım. Kafedə müğənni kimi işləyən adı sonradan Camil kimi məlum olan şəxsdən ayağa durmasını, müştərilərdən birinin meyxana sifariş verdiyini, meyxana demək istəməyimi və bunun üçün də stulda oturmağımı xahiş etdim”.


Təqsirli bilinən meyxanaçı daha sonra ifadəsində belə davam etdirib: “Qeyd etdim ki, bel nahiyəmdə yırtıq olduğuna görə ayaqüstə dayana bilmirəm. Camil isə mənə kobud formada cavab verdi. Məni, eləcə də meyxana sifariş verəni təhqir etdi. Həmin vaxt da əsəblərimi saxlaya bilmədim. Masanın üstündə olan mikrofonla Camilin sifət nahiyəsindən iki dəfə vurdum”.


Bəhram Qoçubəyovun ifadəsinə görə, səs-küyə həmin vaxt orada olan tanımadığı şəxslər gəlib və onu kənara çəkərək aralayıblar: “Kafedən çölə çıxdım, taksiyə minərək getdim. Camili mikrofonla vurandan sonra kafedə olan müştərilər bizi aralamağa çalışdım, kafenin iş rejimi pozulub. İki gün sonra bildim ki, həmin Camil adlı şəxs polisə şikayət edob. Məni Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsindən çağıranda oraya getdim, izahat yazdım. Hadisə cüzi səbəbdən baş verib”.


Bəhram Qoçubəyov qeyd edib ki, zərərçəkmiş şəxsi əvvəllər tanımayıb: “Onunla aramızda heç bir tanışlıq olmayıb. İlk dəfə idi ki, kafedə görmüşdüm. Hadisə zamanı kafedə tanımadığım müştərilər olub, eləcə də kafeni işlədən İlham və başqa adamlar da olub. Hadisə təxminən 3-5 dəqiqə ərzində baş verib”.


Bəhrəm Qoşubəyov ifadəsinin sonunda əməlindən peşman olduğunu, əvvəllər məhkum olunmamasını, bir daha belə hallara yol verməyəcəyini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, anasının ağır xəstə olduğunu, həmçinin onurğasında olan yırtıqdan əziyyət çəkdiyini və müalicə üçün maddi imkanının olmadığını bildirib. O, məhkəmədən yüngül cəza verilməsini xahiş edib.


Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Camil Kərimov bildirib ki, ailəsini dolandırmaq üçün müğənni kimi fəaliyyət göstərib: “2018-ci il tarixdə Bayıl qəsəbəsi Salyan yolunda yerləşən daş bazarının yaxınlığındakı əvvəllər “Məkan” adlanmış, hazırda isə “EGŞ dostlar” adlı kafedə müğənni işləmişəm. Maddi vəziyyəti ilə əlaqədar yenidən həmin kafedə işləməyə başlamışam”.


Camil Kərimovun ifadəsinə görə, hadisə baş verən günü saat 23 radələrində “EGŞ dostlar” adlı kafedə bir neçə mahnı oxuduqdan sonra səhnədə əyləşib: “Səhnədə məndən başqa sintezator ifaçısı olub. Bir neçə dəqiqədən sonra adını sonradan Bəhram olduğunu bildiyim şəxs yaxınlaşdı və meyxana demək istədiyini və mənim səhnədən durmağımı tələb etdi. Bu zaman ona özümün əyləşdiyimi dedim. Bəhrəmə dedim ki, səhnədə başqa adamın oturmasına icazə verilmir. Bundan sonra Bəhrəm dediklərimə məhəl qoymadı, mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı Bəhrəm məni təhqir edərək qəflətən masanın üzərindəki mikrofonu götürdü və sifət nahiyəmə iki dəfə zərbə vurdu. Zərbənin təsirindən huşumu itirdim. Kafedə tanımadığım müştərilər və Bəhruz Bəhrəmi məndən aralaşdırdı”.


Camil Kərimov deyib ki, təqsirləndirilən şəxsi əvvəllər tanımayıb: “Onu ilk dəfə həmin vaxt kafedə görmüşəm. Hadisə 3-5 dəqiqə davam etdi. Hadisənin şahidləri kafedə olan 5-10 nəfər tanımadığım müştəri və sintezator ifaçıcı Bəhruz olub. Bəhrəmə qarşı kobudluq etməmişəm. Bəhrəm məndən səhnədəki yerimi istədikdə, yəni mənim səhnədən durmağımı xahiş etdikdə, səhnədə başqa adamın oturmasına icazə verilmədiyini demişəm. Bundan sonra Bəhrəm mənimlə mübahisə etdi, mikrofonla mənə xəsarət yetirdi. Bəhrəm mənə xəsarət yetirərkən aralaşdıran tanımadığım müştərilər olub və Bəhrəmi kənara çəkdikdən sonra kafenin icarədarı İlham da səs-küyə kafeyə gəldi”.


Bu cinayət işinə Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılıb.


Hakim cinayət işinin dəlillərini araşdırandan sonra hökm elan edib.


Hökmə əsasən Bəhram Qoçubəyovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 2 il 5 ay 28 gün müddətinə şərti cəza verilib.


Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23ş30-dan növbəti gün saat 07ş00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.


 

Mənbə: demokrat.az